ABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi Suriyanın müvəqqəti hökumətinə, mərkəzi bankına və dövlət şirkətlərinə beynəlxalq əməliyyatlarda iştirak etmək səlahiyyəti verən ümumi lisenziya verib.
“Ümumi lisenziya Suriyaya qarşı sanksiyaları effektiv şəkildə aradan qaldıran əməliyyatlara icazə verir”, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan etmişdi.
“Sanksiyalar qəddar və zərərli idi, lakin onlar o zaman vacib funksiyanı yerinə yetirirdilər. Amma indi onların parlamaq vaxtıdır”, – Donald Tramp deyib.
ABŞ prezidenti Donald Tramp Ər-Riyadda Suriya prezidenti Əhməd əl-Şara ilə də görüşüb.