Another advertisement
CNN xəbər verir ki, ABŞ Senatı Pit Heqsetti müdafiə naziri vəzifəsinə təsdiqləyib.
ABŞ Senatı 51 əleyhinə 50 səslə Pit Heqsetti Pentaqonun rəhbəri vəzifəsinə təsdiq edib.
Həlledici səsi ABŞ-ın vitse-prezidenti Cey Di Vens verib.
Keçmiş Fox News aparıcısı və ordu veteranı Pit Heqsetin ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi üç respublikaçı tərəfindən dəstəklənməyib: Mitch McConnell, Lisa Murkowski və Susan Collins.
Heqseti ABŞ prezidenti Donald Tramp təbrik edib və onun əla müdafiə naziri olacağını bildirib.