ABŞ Senatı 2026-cı il üçün müdafiə büdcəsini təsdiqləyib və Ukraynaya dəstək üçün pul ayıracaq

58

ABŞ Senatı 2026-cı il üçün 925 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Bu büdcədə Ukraynaya dəstək üçün 500 milyon dollar ayrılması nəzərdə tutulur.

QafqazTürk Media xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Səsvermə zamanı 77 senator layihənin lehinə, 20-si isə əleyhinə səs verib.

Məlumata görə, sənəd indi Nümayəndələr Palatasında müzakirə olunacaq və orada mühafizəkar müddəalar üzərində danışıqların çətin keçəcəyi gözlənilir.

Qanun layihəsi:

  • yeni sualtı qayıqların istehsalı,
  • hərbi maaşların artırılması,
  • satınalma prosedurlarında dəyişikliklər kimi istiqamətləri əhatə edir.

Bundan başqa, layihə Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün müddətini 2028-ci ilə qədər uzadır və bu çərçivədə maliyyələşməni 500 milyon dollara qədər artırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Fransanın baş naziri məlum oldu
Öncəki yazı
Trampdan Çinə qarşı yeni addım