This is a specific ad

ABŞ Rusiya ilə uçuşlara görə Gürcüstan şirkətlərinə sanksiyalar tətbiq edə bilər

80

Another advertisement

Rusiyadan Gürcüstana birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarını sanksiyalar riski altında qoya bilər.

QafqazTürk xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, hazırda hər hansısa bir dövlətin Rusiya ilə əlaqələri inkişaf etdirməsinin zamanı deyil.

“ABŞ da daxil olmaqla, bir çox Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmalarını qadağan edir. Əgər Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar davam edərsə, əlbəttə ki, biz Gürcüstan hava limanlarının idxal və ixrac nəzarətinə tabe olan təyyarələrə xidmət göstərdikləri üçün sanksiyalar riski altına düşmələrinə görə narahat olardıq. Bütün Qərb cəmiyyəti Rusiya rejimi ilə öz arasına məsafə qoyub və indi heç bir ölkənin Rusiya ilə əlaqələrini artırmağın vaxtı deyil. Gürcüstan xalqı ehtimal ki, birbaşa uçuşların bərpası və ya viza rejiminin dəyişdirilməsindənsə Prezident Putinin Rusiya qoşunlarını işğal altında saxladığı Gürcüstanın 20 faiz ərazisindən çıxarmasını görmək istəyərdi”– Patel qeyd edib.

İstinad: APA

Sonrakı yazı
Marneulidə 26 may- Müstəqillik Günü ilə bağlı konsert keçiriləcək
Öncəki yazı
“Twitter”in yeni baş direktoru bəlli olub