• 23 Fevral 2025 14:31

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdədir

ByTürkan Şahverdova

Fev 19, 2025
Another advertisement

Ukrayna mətbuatı xəbər verir ki, ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdədir.

Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyev vağzalında ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.

Kelloq deyib ki, onun Kiyevə səfəri “potensial danışıqlar üçün yaxşı fürsət təqdim edir”.

“Biz qulaq asacağıq. Lazım olanı ayırmağa hazırıq. Biz təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-a qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Trampla danışacağam. Donald Tramp insanların əziyyət çəkdiyini anlayır və baş verən dağıntıları görür.