ABŞ prezidenti Donald Trampın İranla bağlı planları…

97

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı hələ yekun qərar vermədiyini bildirib. Donald Tramp bu barədə Oval kabinetdə jurnalistlərə bildirib.

Tramp variantları müzakirə etmək üçün tezliklə milli təhlükəsizlik komandası ilə görüşəcəyini bildirib.

“Nə etməli olduğum barədə fikirlərim var, amma yekun qərar verməmişəm. Son qərarı bir saniyə öncə verməyi xoşlayıram, çünki hər şey dəyişir. Yəni, xüsusən də müharibə ilə, müharibə ilə hər şey dəyişə bilər. Bu, bir ifratdan digərinə gedə bilər”, – o, deyib.

Trampın qeyd etdiyi kimi, İsrailin İrana hücumunun ilk gecəsi İran üçün dağıdıcı olub.

“İran rejimi yıxılsa nə olacaq?” sualına Tramp “Hər şey üçün planım var, amma nə olacağını görəcəyik” deyib.

ABŞ prezidenti bir daha vurğulayıb ki, İran Amerika ilə razılaşmalı idi, lakin sonda onlar öz fikirlərini dəyişdilər.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
24 yaşlı kişi əvvəlcə həyat yoldaşını, sonra isə özünü yaralayıb
Öncəki yazı
19 iyun tarxinə olan valyuta məzənnəsi bəllidir