ABŞ prezidenti Donald Tramp Rusiyanın G7-yə qayıtmasını istədiyini bildirib.
“Mən onları geri istəyirəm. Düşünürəm ki, onları çölə atmaq səhv idi. Baxın, söhbət Rusiyanı bəyənib-bəyənməməkdən getmir. Düşünürəm ki, Putin geri qayıtmaqdan məmnun olardı”, – Tramp bildirib.
O, həmçinin Rusiyanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəyini və müharibənin başlamasının səbəbinin bu olduğunu bildirib.
“Rusiyanın mövqeyində olan bir ölkənin on NATO-ya daxil olmasına icazə veriləcəyini düşünmürəm. Elə müharibənin səbəbi bu idi, çünki Bayden çıxdı və NATO-ya üzv ola biləcəklərini söylədi və o, bunu deməməli idi”- Tramp vurğulayıb.
Bundan əlavə, o bildirib ki, Rusiya da “Böyük Yeddilik”ə qayıtmaq istəyir.