ABŞ prezidenti Donald Tramp Rusiyanın G7-yə qayıtmasını istədiyini bildirib

71

ABŞ prezidenti Donald Tramp Rusiyanın G7-yə qayıtmasını istədiyini bildirib.

“Mən onları geri istəyirəm. Düşünürəm ki, onları çölə atmaq səhv idi. Baxın, söhbət Rusiyanı bəyənib-bəyənməməkdən getmir. Düşünürəm ki, Putin geri qayıtmaqdan məmnun olardı”, – Tramp bildirib.

O, həmçinin Rusiyanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəyini və müharibənin başlamasının səbəbinin bu olduğunu bildirib.

“Rusiyanın mövqeyində olan bir ölkənin on NATO-ya daxil olmasına icazə veriləcəyini düşünmürəm. Elə müharibənin səbəbi bu idi, çünki Bayden çıxdı və NATO-ya üzv ola biləcəklərini söylədi və o, bunu deməməli idi”- Tramp vurğulayıb.

Bundan əlavə, o bildirib ki, Rusiya da “Böyük Yeddilik”ə qayıtmaq istəyir.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Hepatoloq – Metabolik disfunksiya ilə əlaqəli yağlı qaraciyər xəstəliyi varsa nə etməli?
Öncəki yazı
Münhen Təhlükəsizlik Konfransı bu gün açılır