ABŞ Müdafiə naziri Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında iştirak edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqonun məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset fevralın 12-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri və Ukrayna Müdafiə Əlaqə Qrupunun iclaslarında iştirak edəcək.
“Ukrayna əlaqə qrupunun Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək iclasında dövlət katibi prezident Trampın Ukraynadakı müharibəyə diplomatik yolla son qoymağa çağırışını bir daha təsdiq edəcək. Həmçinin Ukraynanın təhlükəsizliyinə dəstək verməkdə Avropa liderliyinin gücləndirilməsinin vacibliyi vurğulanacaq”, – bu barədə Pentaqonun bəyanatında deyilir.
ABŞ müdafiə naziri Avropaya səfəri çərçivəsində Almaniya və Polşaya da səfər edəcək.