Another advertisement
ABŞ-ın maliyyə naziri Skott Besant deyir ki, Ukraynanın nadir torpaq minerallarına çıxışla bağlı razılaşma hələlik gündəmdə deyil.
“Prezident Zelenskinin nə düşündüyünü bilmirəm. Bazar ertəsi Fransa prezidenti Emmanuel Makronla, cümə axşamı baş nazir Keir Starmer ilə möhtəşəm görüşümüz oldu. Hər kəs sülh sazişi ilə irəliləməyi dəstəklədi”, – maliyyə naziri müsahibəsində qeyd edib.
Besentin sözlərinə görə, Zelenski iki ölkə arasında əməkdaşlığı dərinləşdirə biləcək iqtisadi saziş imzalamalı idi, lakin bu baş tutmadı.