ABŞ Maliyyə Nazirliyi Haaqa Tribunalının prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq edib

56

ABŞ Maliyyə Nazirliyi Haaqa Tribunalının prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq edib.

Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb.

Məlumat üçün bildirək ki, fevralın 7-də ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) sanksiya verilməsi haqqında fərman imzalayıb.

Qərarda deyilirdi ki, məhkəmə ABŞ və onun müttəfiqi İsraili hədəf alan qeyri-qanuni və əsassız hərəkətlər edir.

Sanksiyalar Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşlarına və ya müttəfiqlərinə qarşı cinayətlər üzrə təhqiqatını dəstəkləyən şəxslərə, onların ailələrinə maliyyə və viza məhdudiyyətlərini əhatə edir.

 

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Mark Rutte – Putin başa düşməlidir ki, Qərb birdir və Ukrayna qələbə üçün lazım olan bütün dəstəyi alır
Öncəki yazı
Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib