Another advertisement
ABŞ Maliyyə Nazirliyi Haaqa Tribunalının prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq edib.
Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb.
Məlumat üçün bildirək ki, fevralın 7-də ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) sanksiya verilməsi haqqında fərman imzalayıb.
Qərarda deyilirdi ki, məhkəmə ABŞ və onun müttəfiqi İsraili hədəf alan qeyri-qanuni və əsassız hərəkətlər edir.
Sanksiyalar Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşlarına və ya müttəfiqlərinə qarşı cinayətlər üzrə təhqiqatını dəstəkləyən şəxslərə, onların ailələrinə maliyyə və viza məhdudiyyətlərini əhatə edir.