ABŞ-la sülhə hazırıq – Husilər

9

Husilər müvafiq niyyətlərini ifadə edərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Husi liderlərindən birinə istinadla məlumat yayıb.

“Amerika təcavüzü əsassız hücum və suverenliyimizin pozulmasıdır. Danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu saxlamışıq. Nizamlanmaya cəhd edilərsə, sülhə hazırıq”, – qeyd olunub.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın əmri ilə Yəməndəki husi qüvvələrinə raket zərbələri endirilib. Zərbələr nəticəsində 31 nəfərin öldüyü bildirilir.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Tbilisidə gənc oğlan qətlə yetirilib
Öncəki yazı
Gecə klubunda baş verən yanğında 51 nəfər ölüb