This is a specific ad

ABŞ Konqresinin Nümayəndələr Palatasında “Respublika Partiyası” çoxluğu qazanıb

225

Another advertisement

“Respublikaçılar Partiyası” ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluğu qazanıb.

QafqazTürk Media xəbər verir ki, Decision Desk HQ-nun ilkin məlumatlarına görə, “Respublikaçılar” ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluq üçün lazım olan 218 yeri qazanıblar və beləliklə, “Respublikaçılar Partiyası” ABŞ Konqresinin aşağı palatasına nəzarəti əlində saxlayacaq.

ABŞ-ın Nümayəndələr Palatasında yerlərin yekun bölgüsü hələ məlum deyil, çünki Kaliforniya ştatının bir neçə rayonunda səslərin hesablanması hələ də davam edir.

Məlumat üçün bildirək ki, “Respublika Partiyası” ötən çərşənbə günü Senata nəzarəti ələ keçirib. Associated Press-in son məlumatına görə, “Respublikaçılar” Senatda 53, “Demokratlar” isə 47 yer qazanıblar.

Yanvarın 3-də yeni ABŞ Konqresinin ilk iclası keçiriləcək.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Abxaziyada qarşıdurma- Müxalifət nümayəndələri həbs edilib
Öncəki yazı
Marneuli bələdiyyəsində 3yaşlı uşaq evin ikinci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib