ABŞ Konqresinin Helsinki Komissiyasında Gürcüstanla bağlı dinləmə keçirilib

33

Vaşinqtonda, ABŞ Konqresinin Helsinki Komissiyasında Gürcüstanla bağlı dinləmə keçirilib.

Dinləmədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili və sabiq müdafiə naziri Tina Xidaşeli çıxış ediblər.

İqtidar orada niyə təmsil olunmurdu, bu da maraqlı mövzudur.

Salome Zurabişvili hesab edir ki, Gürcüstan xalqı Qərbə inteqrasiyanı dəstəkləyir, amma hakimiyyət demokratik institutları zəiflədir və mətbuata təzyiq göstərir. O, ABŞ Konqresində müzakirə olunan “Dostluq Aktı”na dəstəyini ifadə etdi.

Tina Xidaşeli isə Gürcüstanın geostrateji mövqeyinin Qərb üçün vacibliyini vurğuladı və qeyd etdi ki, Gürcüstan ABŞ olmadan mövcud ola bilməz. O, ABŞ-ı hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə, vətəndaş cəmiyyətini və müstəqil medianı dəstəkləməyə, eləcə də müdafiə əməkdaşlığını gücləndirməyə çağırdı.

“Dostluq Aktı” isə ABŞ senatı tərəfindən qəbul edilmədi.

Kateqoriya: Siyasət
Öncəki yazı
Dünyada bir ilk- Süni İntellekt nazir təyin olundu