ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib

77

ABŞ İranda üç böyük nüvə obyektinə zərbələr endirib. Müvafiq bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.

Hücum İranın nüvə ambisiyalarının mərkəzləri olan Fordo, İsfahan və Natanza həyata keçirilib.

Donald Tramp əməliyyatı uğurlu adlandırıb.

“Biz İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumu tamamladıq”,- Tramp yazıb.

O, amerikalı döyüşçüləri təbrik edib.

“Dünyada bunu edə biləcək ikinci ordu yoxdur. İndi sülh zamanıdır!”, – Tramp yazıb.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
İsrail prezidenti ABŞ-ın əməliyyatına münasibət bildirib
Öncəki yazı
Prezident 37 nəfəri əvf edib