ABŞ İranın neft ixracat şəbəkəsinə sanksiya tətbiq edir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bununla bağlı açıqlama yayıb.
Sanksiyalar “yüz milyonlarla dollar dəyərində milyonlarla barel İran xam neftinin Çin Xalq Respublikasına daşınmasını asanlaşdıran” beynəlxalq şəbəkəni hədəf alıb.
İrandan Çinə neft daşınması İran Silahlı Qüvvələrinin Baş Qərargahı və onun “Sepehr Energy” şirkəti adından həyata keçirilib. Sanksiyalar Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir neçə yurisdiksiyadakı şirkətləri və fiziki şəxsləri, eləcə də bir neçə gəmini hədəf alır.
Bəyanata görə, İran neft satışından illik milyardlarla dollar gəlir əldə edir və daha sonra bu gəliri regionda sabitliyi pozan fəaliyyətləri maliyyələşdirmək və “Həmas”, “Husilər” və “Hizbullah” kimi bir sıra regional terror qruplaşmalarını dəstəkləmək üçün istifadə edir.
“İran rejimi neft gəlirlərini nüvə proqramını maliyyələşdirmək, ballistik raketlər və pilotsuz təyyarələr istehsal etmək və regional terror qruplaşmalarını dəstəkləmək üçün istifadə etməyə davam edir. Birləşmiş Ştatlar İranın bu bədxassəli fəaliyyətlərini maliyyələşdirmək üçün istənilən səylərini aqressiv şəkildə hədəf almağa hazırdır”, – Maliyyə Naziri Scott Besant deyib.