ABŞ institutu: “İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmağa çalışır”

2

“İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmağa çalışır”.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, bu kampaniya ABŞ-ın Suriyadakı qüvvələri və ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün ciddi risk yaradır.

Məlumata görə, İran və Suriya rejiminə bağlı mənbələr iyunun sonundan ABŞ və Suriyadakı müttəfiq qüvvələrin rejimin nəzarətində olan şəhərləri geri almaq üçün hücuma keçmək niyyətində olduğuna dair yalan iddialar yayırlar.

İnstitut bu iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.

Qeyd edilib ki, İran, Rusiya və Suriya rejimi arasında möhkəmlənən əlaqələrdə və koordinasiyada əsas məqsəd, çox güman, Əsəd rejiminin beynəlxalq legitimliyini gücləndirmək və Suriya ərazisi üzərində İran-Rusiya nəzarətini genişləndirməkdən ibarətdir. Çünki İran, Rusiya və Suriya rejimi ABŞ qüvvələrinin Suriyanı tərk etməsində ortaq maraqlara malikdir.

İnstitutun məlumatında vurğulanıb ki, İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmaq üçün ortaq addımlar atırlar: “İran və Rusiya bu il Suriya rejiminin potensialını gücləndirir. Hər iki ölkə Əsəd rejimi ilə əlaqələri inkişaf etdirməkdədir. Rusiyanın Suriyada ABŞ qüvvələrinə qarşı aqressiv ritorikası ABŞ-ın Ukraynaya dəstəyinə cavabdır. Rusiyanın Suriyadakı strategiyasında dəyişiklik keçən ilin sonunda baş verdi. Belə ki, Moskva o vaxta qədər Tehranın ABŞ qüvvələrini Suriyadan çıxarmaq üçün bəzi cəhdlərini dayandırmışdı”.

Amerikalı analitiklərin fikrincə, yaxın gələcəkdə Suriyada ABŞ-la İran, Rusiya və Suriya rejimi arasında yeni toqquşma yarana bilər. Buna əsas kimi müttəfiqlərin əraziyə yeni qüvvələr yığdıqları bildirilib.

0
0
Sonrakı yazı
Azərbaycan xarici işlər naziri : “Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında və xilasetmə tədbirlərində Gürcüstana hər cür kömək göstərməyə hazırdır”
Öncəki yazı
Gürcüstanın Baş naziri fəlakət zonasına gedib – ƏTRAFLI