ABŞ-ın yeni səfiri etimadnaməsini Gürcüstan prezidentinə təqdim edib

2

ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniqen etimadnaməsini Gürcüstan prezidenti Salome Zurabişviliyə təqdim edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Orbel sarayında etimadnamələrin rəsmi təqdimetmə mərasimi keçirilib, daha sonra prezident səfirlə təkbətək görüşüb.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan dövlət başçısına qəbula görə təşəkkür edib və Amerika prezidenti Baydeni təmsil etməkdən onun üçün şərəf olduğunu qeyd edib. Onun sözlərinə görə, o, Gürcüstan prezidenti ilə sıx əməkdaşlıq gözləyir, xüsusən də ölkə Avroatlantik inteqrasiyaya can atır.

“Prezident Bayden Gürcüstan prezidentinə səmimi salamlar göndərib, ona və gürcü xalqına firavanlıq arzulayıb”. – Robin Dunnigan dedi.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Bu ölkə Qəzzaya humanitar yardım göndərib
Öncəki yazı
Marneulidə baş vermiş cinayətlə əlaqədar istintaq başladılıb