ABŞ-ın sanksiyaları “Lukoil”in xaricdəki yanacaqdoldurma məntəqələrinə noyabrın 21-dən tətbiq olunacaq.
ABŞ Xəzinədarlığının sanksiyalarla bağlı sənədinə əsasən, 2025-ci il noyabrın 21-dək Rusiyadan kənarda fəaliyyət göstərən “Lukoil”in yanacaqdoldurma məntəqələri sanksiyalardan müvəqqəti olaraq azad ediləcək.
Noyabrın 21-dən sonra, əgər bu məntəqələr hələ də “Lukoil” şirkətinin mülkiyyətində qalarsa, onlara da maliyyə sanksiyaları şamil olunacaq. Bu isə o deməkdir ki, banklar həmin məntəqələrlə ödəniş əməliyyatlarını dayandıracaqlar.
 Qeyd edək ki, 22 oktyabrda ABŞ “Lukoil” və “Rosneft” şirkətlərinə, həmçinin onlara məxsus törəmə müəssisələrə, o cümlədən “Lukoil Georgia”ya maliyyə sanksiyaları tətbiq edib.
		