This is a specific ad

ABŞ-ın keçmiş senatoru rüşvətxorluğa və xarici agent kimi fəaliyyət göstərdiyinə görə azadlıqdan məhrum edilib

26

Another advertisement

ABŞ-ın keçmiş senatoru rüşvətxorluğa və xarici agent kimi fəaliyyətə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

18 ildən çox ABŞ Senatında Nyu Cersi ştatını təmsil edən və ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə sədrlik edən keçmiş ABŞ senatoru Bob Menendez iyul ayında rüşvətxorluq və fırıldaqçılıq da daxil olmaqla, bütün 16 ittihamda günahkar bilinib.

Prokurorlar bildirirlər ki, Bob Menendez rüşvət müqabilində Misirə milyonlarla dollar yardım təmin edib.

Qeyd edək ki, Bob Menendez xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinən ilk ABŞ senatorudur.

Kateqoriya: Dünya
Sonrakı yazı
Depressiyanı hansı qidalarla azalda bilərik?
Öncəki yazı
“Biz Azərbaycanla, o cümlədən Gürcüstan üçün faydalı olacaq nəqliyyat infrastrukturuna blokadanın götürülməsinin tərəfdarıyıq, müsbət cavab gözləyirik”- Ararat Mirzoyan