Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İrana hücumunun regional münaqişəni qlobal münaqişəyə çevirə biləcəyini bildirib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin məlumatına görə, XİN-in yaydığı bəyanatda Ankaranın hücumların mümkün nəticələrindən dərin narahat olduğu qeyd edilib.
Türkiyə Xarici İşlər Nazirliyi münaqişənin daha genişmiqyaslı qlobal müharibəyə çevrilməsinə imkan verilməməli olduğunu vurğulayır və tərəfləri məsuliyyətli davranmağa və hücumları dərhal dayandırmağa çağırır.