“ABŞ-ın İrana hücumu regional münaqişəni qlobal münaqişəyə çevirə bilər”-Türkiyə XİN

112

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İrana hücumunun regional münaqişəni qlobal münaqişəyə çevirə biləcəyini bildirib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, XİN-in yaydığı bəyanatda Ankaranın hücumların mümkün nəticələrindən dərin narahat olduğu qeyd edilib.

Türkiyə Xarici İşlər Nazirliyi münaqişənin daha genişmiqyaslı qlobal müharibəyə çevrilməsinə imkan verilməməli olduğunu vurğulayır və tərəfləri məsuliyyətli davranmağa və hücumları dərhal dayandırmağa çağırır.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Benyamin Netanyahu: İsrail İranda öz məqsədlərinə çatmağa çox yaxındır
Öncəki yazı
ABŞ-ın hava zərbələri İranın nüvə proqramını əhəmiyyətli dərəcədə pozub-Cey Di Vens