Another advertisement
ABŞ-ın Helsinki Komissiyası Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Qərarın əsasını Helsinki Komissiyasının prezidenti Co Baydenə çağırış təşkil edir və Komissiya ondan Rusiya ərazisinə hücumlar həyata keçirmək üçün ATACMS raketlərini Ukraynaya təhvil verməsini tələb edir.
“Helsinki Komissiyasının fəaliyyəti Rusiyada ictimai-siyasi sabitliyi pozmağa yönəlib, təşkilatın üzvləri ölkəmiz rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin xarici və daxili siyasətini gözdən salan materialları kütləvi şəkildə yayırlar. “, bəyanatda deyilir.