ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib ki, ABŞ-ın hava zərbələri İranın nüvə proqramını əhəmiyyətli dərəcədə pozub.
“Mən həssas kəşfiyyata girmək istəmirəm, lakin biz bilirik ki, ötən gecə biz İranın nüvə proqramını əhəmiyyətli dərəcədə geri çəkmişik”, – Cey Di Vans müsahibəsində deyib.
O, ABŞ-ın İranla müharibə aparmadığını bildirib.
“Biz İranla müharibə aparmırıq – biz İranın nüvə proqramı ilə müharibə edirik. Düşünürəm ki, prezident dünən gecə bu proqramı məhv etmək üçün qəti addımlar atıb”, – ABŞ vitse-prezidenti bildirib.