ABŞ-ın Gürcüstandakı yeni səfiri kimdir? – ƏTRAFLI

0

ABŞ Senatı Robin Danniqanı Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı yeni səfiri vəzifəsinə rəsmən təsdiq edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 2023-cü ilin yanvarın 14-də Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb.

Robin Danniqan təsdiq edilməmişdən əvvəl dövlət katibinin Mərkəzi və Şərqi Avropa məsələləri üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. O 2018-2021-ci illərdə ABŞ-ın Avstriyadakı Diplomatik missiyasının rəhbərinin müavini olub.

Danniqan 1992-ci ildən Dövlət Departamentində işləyir. 2014-2017-ci illərdə isə Dövlət Departamentinin Enerji Resursları Bürosunun dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb.

Robin Danniqan ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində də xidmət edib. O bu vəzifədə 2020-ci ildən ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsində çalışan Kelli Deqnanı əvəz edəcək.

0
0
Sonrakı yazı
BMT-dən dünyaya “təcili fəaliyyət” çağırışı: “Qlobal istiləşmə dövrü bitdi, qlobal qaynama dövrü gəldi”
Öncəki yazı
Avqustun 1-nə kimi hava necə olacaq – Milli Ekologiya Agentliyinin proqnozu