Amerika Birləşmiş Ştatlarının Gürcüstana təyin etdiyi yeni səfiri Robin Danniqan artıq Gürcüstandadır.
QafqazTürk.com xəbər verir ki,bu barədə ABŞ səfiriyi məlumat paylaşıb.
“ABŞ səfirliyi səfir Robin Duniqanın Gürcüstana gəlişini alqışlamaqdan məmnundur”, – deyə səfirlikdən bildirilir.
Robin Danniqan ABŞ səfiri vəzifəsində 2020-ci ilin yanvarından Gürcüstanda işləyən Kelli Deqnanı əvəz edəcək.
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 2023-cü il fevralın 14-də Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb. Robin Danniqan əvvəllər Avropa və Avrasiya Məsələləri Bürosunda Mərkəzi və Şərqi Avropa üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, ABŞ-ın xüsusi tapşırıqlar üzrə səfiri, müvəqqəti işlər vəkili və Avstriyanın paytaxtı Vyanadakı missiya rəhbərinin müavini vəzifələrini icra edib.
Robin Dunniqan ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində çalışıb. O, Dövlət Departamentinin çoxsaylı mükafatlarının laureatıdır.