This is a specific ad

ABŞ-ın Çindəki səfiri: “Ümid edirik ki, Pekin düzgün seçim edəcək və Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa sövq edəcək”

56

Another advertisement

ABŞ-ın Çindəki səfiri Nikolas Berns ümid edir ki, Pekin “düzgün seçim” edəcək və Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa sövq edəcək.

QafqazTürk xəbər verir ki, bu barədə “CNN” nəşri yazır.

“Ümid edirik ki, Pekin düzgün seçim edəcək və bu düzgün seçim Rusiyanı beynəlxalq qanunlara əməl etməyə, qoşunlarını çıxarmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə sövq edəcək”, – deyə Nikolas Berns bildirib.

Bernsin qeyd etdiyi kimi, “Dünyanın Çindən istədiyi və gözlədiyi budur”.

Məlumat üçün bildirək ki, ABŞ dövlət katibi Entoni Blinkenin yaxın həftələrdə Çinə səfəri gözlənilir. Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Dzinpinlə görüşəcək.

Sonrakı yazı
Rusiya Uman şəhərini atəşə tutub, yaralılar var
Öncəki yazı
Rusiya XİN: Moskva Buxarestə cavab verəcək