ABŞ hərbçiləri gözlənilmədən Belarusda keçirilən təlimlərə qatılıblar

7

ABŞ hərbçiləri gözlənilmədən Belarusda keçirilən “Qərb-2025” təlimlərinə qatılıblar

Qafqazturk.com Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ABŞ zabitləri Rusiya və Belarusun birgə təlimlərinin keçirildiyi poliqonlardan birinə gəliblər. Müdafiə naziri Xrenin onların “maraqlı olan hər şeyi gördüklərini”, lakin mətbuatla danışmaqdan imtina etdiklərini deyib.

ABŞ hərbçilərinin iştirakı Vaşinqtonla Minsk arasında münasibətlərin istiləşməsinin daha bir siqnalıdır: bundan əvvəl Lukaşenko 52 məhbusu azad etmiş, ABŞ isə “Belavia” aviaşirkətinə qoyulmuş sanksiyaları qismən aradan qaldırmışdı. Həmçinin ABŞ səfirliyinin işinin və ticarət əlaqələrinin bərpası müzakirə olunur.

Xatırladaq ki, təlimlər 12 sentyabrda Polşanın öz hava məkanında Rusiya dronlarını vurmasından iki gün sonra başlayıb

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Netanyahu: “Həması harada olursa olsun vuracağıq”
Öncəki yazı
Nuri Paşanın öndərliyi ilə Bakının işğaldan azad edilməsindən 107 il ötür