ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI

1

“Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək”.

QafqazTürk.com xəbər verir ki ,bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Əgər bu qanun dəyişdirilərsə və Aİ standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, – o deyib.

O`Brayen qeyd edib ki, əgər Tbilisi Vaşinqtona tərəfdaş kimi baxmırsa, ABŞ-dən Gürcüstana ayrılan maliyyə yardımı nəzərdən keçiriləcək.

1
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Papuaşvili: Avropalı nazirlərin etirazlara qoşulması Gürcüstanda çevrilişə yardımdır
Öncəki yazı
Salome Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoyacaq