Another advertisement
“Amerika Birləşmiş Ştatları “Xarici təsirin şəffaflığı haqqında” qanunla əlaqədar Gürcüstana dərhal viza sanksiyaları tətbiq etmək niyyətindədir”.
QafqazTürk.com xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Biz açıq şəkildə bildirdik ki, sanksiyaları tətbiq etməkdən çəkinməyəcəyik”, – deyən Miller Vaşinqtonun gələcək məhdudiyyətləri hələ elan etmədiyini söyləyib.