This is a specific ad

ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib

82

Another advertisement

ABŞ Ermənistanın müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.

Qafqaztürkün məlumatına görə, sənəd ABŞ-ın federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.

ABŞ Ticarət Nazirliyi Ermənistanın “Medisar” şirkəti də (sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan) daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.

Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) da daxil olmaqla, ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına məruz qalıb.

Digər şirkətlər Rusiyanın 69 müəssisəsi (onlar Rusiyanın hərbi-müdafiə kompleksinə dəstək verir-red) və Qırğızıstanın “Tro.Ya” (elektron avadanlıq və komponentlərin tədarükçüsü) şirkətidir.

Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların hərəkətlərinin məhsullarının son alıcısının kim olmasının yoxlanılmasının uğurla başa çatmasına mane olması olub.

Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-ın sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.

Kateqoriya: Region
Sonrakı yazı
77 yaşlı qadın özü ilə evləndi
Öncəki yazı
ADA-nın Qazax Müəllimlər Seminariyasına qəbul olan gürcüstanlı tələbələrimiz ilə görüş – ƏTRAFLI