This is a specific ad

ABŞ dövlət katibi HƏMAS liderinin öldürülməsi ilə əlaqədar açıqlama verib

80

Another advertisement

ABŞ dövlət katibi Entoni Blinken HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində ABŞ-ın əli olmadığını deyib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Blinken Sinqapura səfəri zamanı yerli mediaya qeyd edib.

“Bu, bilmədiyimiz və iştirak etmədiyimiz bir hadisədir”.

Blinkenə Haniyənin öldürülməsinin müharibənin gedişatına təsir edə biləcəyi də soruşulub.

“Mən illər ərzində bir hadisənin nəyə necə təsir edə biləcəyi barədə heç vaxt spekulyasiya etməməyi öyrəndim”,-Blinken.

Bundan əlavə, Blinken Qəzzada atəşkəs və girovların azad edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ bunu dəstəkləmək üçün hər şeyi edəcək.

Qeyd edək ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehranda hava hücumu nəticəsində öldürülüb. O, sonuncu dəfə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ölkənin baş infeksionisti Tengiz Çerçvadze dünyasını dəyişib
Öncəki yazı
Vladimir Putin Ukraynada döyüşmək istəyən könüllülər üçün avans ödənişini iki dəfə artırıb