ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin lideri Si Dzinpinlə görüşüb – ƏTRAFLI

0

ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin lideri Si Dzinpinlə görüşüb.

QafqazTürk xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayır.

Si Dzinpin və Entoni Blinken arasında danışıqlar ABŞ dövlət katibinin Çinə iki günlük səfərinin sonunda baş tutub.

“Hər iki tərəf səmimi və dərin müzakirələr aparıb. Ümid edirəm ki, cənab dövlət katibi, bu səfərinizlə siz ABŞ-Çin münasibətlərinin sabitləşməsinə daha müsbət töhfə verəcəksiniz” – deyə Si Dzinpin görüş zamanı açıqlayıb.

Bundan əvvəl Entoni Blinken Çinin xarici işlər naziri Tsin Qan və Çin liderinin xarici siyasət məsələləri üzrə baş müşaviri Vanq İslə danışıqlar aparıb.

Qeyd edək ki, bu görüş ABŞ dövlət katibi ilə Çin lideri arasında 2018-ci ildən bəri ilk görüşdür.

0
0
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Öncəki yazı
MÜSTƏQİL GÜRCÜSTANIN TARİXİNDƏ İLK DƏFƏ! – Paytaxt Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcəkdir – ƏTRAFLI