• 17 Fevral 2025 14:40

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

ABŞ Dövlət Departamentindən Azərbaycan-Ermənistan şərti sərhədində mümkün eskalasiya ilə bağlı AÇIQLAMA

ByAysun Məmmədova

Apr 2, 2024
Another advertisement

“Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya heç kimin marağında deyil”.

QafqazTürk.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında deyil”, – deyə o bildirib.

Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.