ABŞ-də etirazçılar Konqres binasına girib, yüzlərlə saxlanılan var

0

Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında Qəzza zolağında atəşkəsə dəstək nümayişləri zamanı yüzə yaxın adam saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bəzilərinin artıq üç polis avtobusuna mindirildiyi, bəzilərinin isə hələ də öz növbəsini gözlədiyi qeyd edilir.

Polisin müharibə əleyhdarı fəalları ABŞ Konqresinin binasından uzaqlaşdırdığı da bildirilib.

Eetiraz aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib.

Daha 500 nəfərin binaya daxil olduğu bildirilir.

Nümayişçilər Konqresi İsraillə HAMAS arasında atəşkəs üçün tədbirlər görməyə çağırıb və ABŞ hakimiyyətindən narazılıqlarını ifadə ediblər.

Etirazçılardan saxlanılanlar var.

Üç nəfər polis əməkdaşına hücum etməkdə şübhəli bilinir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Sumo güləşçilərinin ağırlığından təyyarə uça bilmədi
Öncəki yazı
Rusiyalı sülhməramlıların Qarabağda əlavə üç məntəqələri bağlanıb