This is a specific ad

ABŞ-də Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günlərinə həsr olunmuş tədbir keçirilib

39

Another advertisement

ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

“Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş möhtəşəm şənlik keçirilib. Bu gecəni qeyd etmək üçün bizə qoşulan bütün qonaqlarımıza təşəkkür edirik”, – deyə səfirlikdən bildirilib.

Mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan, eləcə də digər rəsmi şəxslər, hərbi attaşelər iştirak ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğanın gəlirləri və əmlakı açıqlandı
Öncəki yazı
Dünya bazarında neft qiymətləri artıb