This is a specific ad

ABŞ-dan Ukraynaya yeni hərbi yardım

133

Another advertisement

ABŞ Ukraynaya 125 milyon dollar dəyərində yeni hərbi yardım paketi verəcək.

QafqazTürk media xəbər verir ki, bu barədə məlumatı Pentaqon yayıb.

Hərbi yardım paketinə HIMARS sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, Stinger raketləri, Javelin və AT-4 tank əleyhinə sistemlər, TOW tank əleyhinə raketlər daxildir.

“Birləşmiş Ştatlar Ukraynanın cəsur müdafiəçilərinin Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün lazım olan kritik imkanlara malik olmasını təmin etmək üçün alyansın 50-yə yaxın üzv dövləti və tərəfdaşları ilə işləməyə davam edəcək”, – Pentaqonun bəyanatında deyilir.

Xatırladaq ki, iyulun 29-da ABŞ Ukraynaya ümumi dəyəri 1,4 milyard dollar olan iki hərbi yardım paketi ayırdığını elan edib.

Sonrakı yazı
Braziliyanın San-Paulu şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb
Öncəki yazı
İsrail Qəzzada məktəbə zərbə endirib, azı 100 nəfər həlak olub