This is a specific ad

ABŞ-dan İsrailə xəbərdarlıq

223

Another advertisement

ABŞ İsrailə xəbərdarlıq edib ki, Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın məhv edilməsi Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Washington Post” yüksək rütbəli Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

“ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ona deyib ki, Nəsrullahın aradan götürülməsi regional müharibəyə səbəb olacaq”, – nəşr qeyd edib.

WP əlavə edib ki, Fələstinin HƏMAS hərəkatının ötən il oktyabrın 7-də baş vermiş hücumlarından əvvəl də İsrail hərəkatın zərbəsindən qorxduğu üçün Hizbullaha qarşı qabaqlayıcı zərbə endirməyi və onun lideri Nəsrullahı məhv etməyi planlaşdırırdı. Qəzetin yazdığına görə, ABŞ Hizbullahın rəhbərliyinə hücumu dayandırmağı xahiş edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qəsdən adam öldürmə faktı ilə ittiham olunan şəxsi…
Öncəki yazı
İran Nəsrullaha görə BMT-yə çağırış etdi