“ABŞ-dan hərbi yardım gözləyirik”-Vladimir Zelenski

99

Ukrayna prezidenti Vladimir Zelenski dünən video müraciətində deyib ki, Ukrayna ABŞ-ın bazar ertəsi öz silahlı qüvvələrinə böyük hərbi yardım elan edəcəyini gözləyir.

Onun sözlərinə görə, bu qərar Rusiya-Ukrayna cəbhəsində müdafiə qüvvələrinin sabitləşməsinə töhfə verməlidir.

“Mən bilirəm ki, Amerikanın Ukraynaya dəstək verməklə bağlı mühüm qərarı hazırlanır –  biz rəsmi açıqlama gözləyirik”, – Zelenski deyib.

Ukrayna prezidenti Kanadanın baş naziri Castin Trüdo ilə dialoqundan da danışıb. Onun sözlərinə görə, Ukraynaya silah tədarükü, əlavə hava hücumundan müdafiə sistemləri, həmçinin  hərbi-sənaye kompleksinə investisiyalar, ölkələr arasında iqtisadi əlaqələr və Rusiyaya qarşı sanksiyalar müzakirə edilib.

Sonrakı yazı
Köpək balığı hücumu nəticəsində ölən və yaralanan var
Öncəki yazı
Mixail Kavelaşvilinin imzası ilə 28 qanun layihəsi dərc olunub