İran özünün ilk yerli hipersəs ballistik raketini nümayiş etdirdikdən sonra ABŞ Tehranın ballistik raket proqramında iştirak edən ondan çox şəxsə və Çin, Honq Konq və İranda qeydiyyatdan keçmiş şirkətlərə sanksiya tətbiq edib.
ABŞ Xəzinədarlığının hesabatlarına görə, sanksiya olunmuş şirkətlər İranın ballistik raket inkişafında əsas aktorlara proqram üçün lazım olan texnologiya və hissələri əldə etməyə kömək edirdi.
“ABŞ İranın ballistik raketlərini və digər hərbi proqramlarını dəstəkləyən qeyri-qanuni transmilli satınalma şəbəkələrini hədəf almağa davam edəcək”. – deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.
Vaşinqton illərdir ki, nüvə və ballistik raket proqramları və insan haqlarının pozulması səbəbindən İrana qarşı yeni sanksiyalar tətbiq edir.