Another advertisement
Regional münaqişə təhlükəsi fonunda İsrail və ya Qəzzaya ABŞ hərbi qoşunlarını göndərmək niyyətində deyil.
QafqazTürk.com xəbər verir ki,bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.
O, İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiyini vurğulayıb.
“Ən azı 1400 israilli öldü. İsrailin, şübhəsiz ki, özünü müdafiə etmək hüququ var. Dediyimiz kimi, HƏMAS-ı fələstinlilərlə eyniləşdirməmək çox vacibdir. Fələstinlilər bərabər təhlükəsizlik, öz müqəddəratını təyinetmə və ləyaqət ölçülərinə layiqdirlər və biz açıq şəkildə bildirdik ki, müharibə qaydalarına hörmət edilməli və humanitar yardım göstərilməlidir”, – deyə Harris qeyd edib.