Another advertisement
“ABŞ dağılır, bütün ölkədə milli təhlükəsizlik və demokratiya eroziyaya məruz qalır və bunun qarşısını ancaq güclü rəhbərlik ala bilər”.
QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Truth Social platformasında yazır.
Donald Tramp Yeni Orleandakı hücumu xüsusi qeyd etməyib, lakin qeyd edib ki, ABŞ Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosu (FTB) amerikalıları qorumaq üçün “işlərini görmədilər”.
“Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) çox gec olmadan indi müdaxilə etməlidir.” Yanvarın 20-də görüşəcəyik.”, – deyə Donald Tramp yazıb.