• 13 Mart 2025 00:11

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

ABŞ-da sərnişin təyyarəsi və şəxsi təyyarə uçuş-enmə zolağında toqquşub

ByTürkan Şahverdova

Dek 30, 2024
Another advertisement

ABŞ-ın Los-Anceles hava limanında “Delta” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə şəxsi təyyarə uçuş-enmə zolağında demək olar ki, toqquşub. Faktla bağlı araşdırmalara başlanılıb.

Mətbuatda faktı əks etdirən videogörüntülər də yayılır. Kadrlarda dispetçerin “dur, dayan” qışqıran səsi eşidilir.

Embraer E135 çarter təyyarəsi Qonzaqa Universitetinin kişi basketbol komandasını daşıyırmış və hava limanına təzəcə enibmiş. Təyyarə uçuş-enmə zolağından keçmək istəyən zaman nəzarətçilər uçuş-enmə zolağında Delta reaktivini görüb və Embraer-ə dayanmağı əmr ediblər.

Federal Aviasiya Administrasiyasının müstəntiqləri dərhal hadisə ilə bağlı araşdırmaya başlayıb.