This is a specific ad

ABŞ-da qış fırtınası fövqaladə hal elan edilməsinə səbəb olub

47

Another advertisement

ABŞ-da qış fırtınası nəticəsində azı 4 nəfər ölüb.

Verilən məlumata görə, təbii fəlakət nəticəsində 300 mindən çox insan işıqsız qalıb. Həmçinin, bazar ertəsi axşam saatlarından etibarən ABŞ-da və xaricində 2200-dən çox uçuş ləğv edilib.

Güclü qar və buz həftəsonu bir neçə ştatda, o cümlədən Missuri ştatında 1700-ə yaxın sürücünün qapalı vəziyyətdə qaldığı əsas magistral yolları bağlayıb. Virciniya, İndiana, Kanzas və Kentukki ştatlarında yüzlərlə yol qəzası baş verib. Merilend ştatında 100-dən çox qəza qeydə alınıb.

ABŞ-ın yeddi ştatında: Merilend, Virciniya, Qərbi Virciniya, Kanzas, Missuri, Kentukki və Arkanzasda fövqəladə vəziyyət elan edilib.

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze xalqı Milad bayramı münasibətilə təbrik edib
Öncəki yazı
Tbilisidə artıq 40 gündür ki, aksiya davam edir