ABŞ-da həbsdə olan idmançı Avtandil Xurtsidze azadlığa çıxıb.
Rusiya cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunan və Amerika Birləşmiş Ştatlarının həbsxanasında cəza çəkən gürcü idmançı Avtandil Xurtsidze azadlıqdadır. Məlumatı Xurtsidze sosial şəbəkədə yayıb.
Boksçu və dünya çempionu Avtandil Xurtsidze 2017-ci ildə ABŞ-da cinayətkar qruplaşmasının üzvü olmaqda ittiham edilərək həbs edilib. ABŞ Ədliyyə Nazirliyinin iyunun 7-də yaydığı məlumata görə, o Razden Şulaia və Zurab Canaşvilinin rəhbərlik etdiyi mafia birliyin üzvü imiş. Gürcü idmançı Xurtsidze hədə-qorxu ilə pul tələb etməkdə və fırıldaqçılıqda təqsirli bilinərək, ABŞ-da 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xurtsidze həbsxanada məşq etdiyini və idman karyerasını davam etdirməyi planlaşdırdığını bildirib. “Qanuni oğru” kimi tanınan Razden Şulayanın qrupuna Gürcüstan, Rusiya və Ukraynanın kimi ölkələrin vətəndaşları daxildir. Bu qrup əsasən Nyu-York, Nyu-Cersi və Nevadada fəaliyyət göstərirdi.
Qeyd edək ki, qrup muzdlu adam öldürməkdə, insanları aldatmaqla ,xloroformdan istifadə etməklə isoyğunçuluq ittiham olunurlar.