This is a specific ad

ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib – ƏTRAFLI

101

Another advertisement

ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib.

İkitərəfli görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar keçirilib. Danışıqlardan sonra isə ABŞ baş katibi Blinken erməni və azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələləri müzakirə olunub. Görüşdə tərəflər həmçinin Laçın dəhlizi məsələsinə də toxunulub.

“Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yeni Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Burada ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da fəal iştirak edir. Biz buna diqqət yetirməyə davam edəcəyik.

Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır. Son nəticədə biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Biz Cənubi Qafqazda regionunda iki ölkə arasında sülh və sabitliyin əldə olunması yollarını axtarırıq” – ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Qeyd edək ki, görüş Arlinqtonda, Corc Şults Mərkəzində keçirilib.

İstinad: Report

Sonrakı yazı
Hollandiyada Gürcüstan vətəndaşları saxlanılıb
Öncəki yazı
Türkiyədə tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var