Another advertisement
BBC xəbər verir ki, Ağ Evdəki görüşdən sonra ABŞ-da Ukraynaya dəstək aksiyaları keçirilib.
Yüzlərlə insan Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Nyu-York, Los-Anceles və Bostonda toplaşıb.
Ukrayna tərəfdarları da Ağ Evin yaxınlığında toplaşıb. Vermontda vitse-prezident J.D.Vens və ailəsinin istirahət etdiyi xizək kurortuna gedən yolda etirazçılar əllərində Ukrayna bayraqları tutublar.
Amerika mətbuatının yazdığına görə, Vens və ailəsi nümayişə görə başqa yerə köçməli olublar.