Another advertisement
ABŞ-ın şərqində güclü qasırğa baş verib. Təhlükə səbəbindən ölkədə 4000-dən çox aviareys təxirə salınıb.
Qafqaztürk.com xəbər verir ki, meteoroloqların məlumatına görə, şərq ştatlarında güclü külək, tornado və güclü yağışlar gözlənilir.
Merilend və Virciniya ştatlarında 200 mindən çox ev işıqsız qalıb. Təbii fəlakət səbəbindən Vaşinqtonda kitabxanalar, muzeylər, bələdiyyə və federal xidmətlər müvəqqəti bağlanıb.