ABŞ-da 2024-cü ildə keçiriləcək seçkilərdə yeni namizəd məlum oldu

1

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Respublikaçılar Partiyasının 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ərizə verib. QafqazTürk.com xəbər verir ki,məlumatı ABŞ Federal Seçki Komissiyası təsdiq edir.

Pensin iyunun 7-də namizədliyini rəsmən elan edəcəyi gözlənilir.
63 yaşlı keçmiş konqresmen və İndiana ştatının qubernatoru bütün prezidentliyi dövründə Trampı dəstəklədiyi məlumdur. Lakin Trampın 2020-ci il seçkilərində məğlub olmasından sonra o, keçmiş prezidentdən uzaqlaşaraq, Kapitoliya hücumçularını təşviq etməyin onu və ailəsini riskə atdığını deyib.
Prezident Trampın keçmiş tərəfdarı olan Pens və eks-prezidentin özü 2024-cü il seçkilərində rəqib olacaq, çünki bilirsiniz ki, Tramp da seçkilərdə iştirak edir. O, bu barədə 2022-ci ilin noyabrında məlumat verib.

Məlumat üçün bildiririk ki,həmçinin ABŞ-ın hazırkı prezidenti Co Bayden ikinci dəfə namizədliyini irəli sürdüyünü və aprelin 25-də 2024-cü il seçkilərində namizədliyini təqdim edəcəyini rəsmən açıqlayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda zəlzələ baş verdi
Öncəki yazı
Polşada 4 Gürcüstan vətəndaşı həbs edildi